EN

Türkiyədə 83 narkotik ticarətçisi saxlanılıb

Bakı,TurkicWorld

Türkiyədə 13 vilayətdə keçirilən “Narkoçelik-24” əməliyyatlarında 83 narkotik ticarətçisinin tutulub, onlardan 28-nin həbs edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, X sosial media hesabında paylaşım edib.

Əməliyyatlar zamanı 911 kiloqram narkotik maddə, 10 milyon 995 min kök çətənə və kök kokarcası və 13 min narkotik həb ələ keçirildiyi qeyd olunub.

“Ölkəmizi zəhər tacirlərindən və küçə satıcılarından təmizləməkdə qərarlıyıq. Parlaq gələcəyimiz olan gənclərimizi zəhərləmələrinə əsla icazə verməyəcəyik”,- deyə nazir bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
turkic.world

1Sources