EN

Sosial Tədqiqatlar Mərkəzi yeni kitab təqdim etdi

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Azərbaycanda ilk sosioloji anlayışlar kitabının təqdimatı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanda sosial bilik sahəsində maariflənmə və yeni konseptual anlayışları ölkənin elmi müzakirələrinə daxil etmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ilk dəfə olaraq 70 sosioloji anlayışı əhatə edən kitab çap edilib.

Kitabda hər anlayışın geniş müzakirəsi təqdim edilir, o, tarixi və nəzəri kontekstǝ yerləşdirilir, tətbiq olunduqda meydana çıxan mənaları nəzərdən keçirilərək, uyğun tənqidi mövqelər göstərilir və oxucuya onun müstəqil olaraq tanış ola biləcəyi müasir tədqiqat və nəzəriləşdirmələrin nümunələri verilir. Belə bir təqdimat forması sosiologi- yanın anlayışlarının inkişafını izləyərək, onun tarixini aktual vəziyyəti ilə əlaqələndir- məyə imkan yaradır. Bundan əlavə, müvafiq fəsillərdə bir sıra digər anlayışların da qısa tərifi verilir və müzakirə olunur.

Kitabın fəsilləri on əsas mövzu üzrə tərtib edilib, anlayışlar fəsillər daxilində əlifba si- rası üzrə düzülüb. Bu, tematik sahələr üzrə anlayışların axtarışını asanlaşdırır. Kitabı xüsusilə dəyərli edən odur ki, belə təqdimat forması sosioloji anlayışların mövcud təsbitlərinin mütləq olmaması, konsepsiyaların ziddiyyətliliyi və qarşıdurmasının qanunauyğunluğu ideyasını ehtiva edir.

Qeyd edək ki, kitab sosioloqlar, sosial elmlərin digər sahələri üzrə mütəxəssis və tələbələr, habelə müasir dünyanı daha dərindən öyrənməyə çalışan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
bakivaxti.az

1Sources