EN

"Həkimlərimizi tanıyaq!" rubrikası təqdiim edir: İnfeksionist Aytən Haqverdiyeva

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında həkim-infeksionist Aytən Haqverdiyeva haqqında məlumatları oxuculara təqdim edir.
 
O, 2011-ci ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub, 2016-cı ilde universiteti fərqlənmə diplomu ilə bitirib. 2016-2020-ci illərdə Kliniki Tibbi Mərkəzdə “Yoluxucu xəstəliklər” ixtisası üzrə rezidentura təhsili aıb. Rezidentura təhsili müddətində virus hepatitləri, zoonoz infeksiyalar, hava-damcı infeksiyaları, helmintozlar və parazitar xəstəliklər üzrə müxtəlif klinikalarda rotasiya keçib.
 
Aytən Haqverdiyeva 2020-2022-ci illərdə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Yeni klinikada stasionar xəstələrin müayinə və müalicəsi ilə məşğul olub.
 
2020-2023-cü illərdə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Yoluxucu xəstəliklər şöbəsində mütəxəssis həkim-infeksionist vəzifəsində çalışıb. 2023-cü ildən Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-də həkim-infeksionist işləyir.
 
Həkim fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib.
 
Chosen
123
aztibb.az

1Sources