EN

İstanbulda bina çöküb

İstanbulun Bahçelievler rayonunun Zəfər rayonu Yadigar küçəsində yerləşən 4 mərtəbəli bina çöküb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində ölən, yaralanan və dağıntılar altında qalan olmayıb.

Bildirib ki, bu gün səhərə yaxın yerli vaxtla saat 04.45 radələrində Bahçelievlər rayonu Zəfər Məhəlləsi Yadigar küçəsində yerləşən və 1980-ci ildə inşa edildiyi müəyyən edilən 4 mərtəbəli binada qismən çökmə baş verib: "Çoxlu sayda AFAD, xilasetmə, 112 təcili və təhlükəsizlik qrupu hadisə yerinə cəlb edilib. Hadisə yerində qrupların apardığı araşdırma zamanı dağıntılar altında ölən, yaralanan olmadığı müəyyən edilib. Uçmuş binanın ətrafındakı binalar ehtiyat tədbiri olaraq boşaldılıb və hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görülüb”.

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
mia.az

1Sources