EN

Yumurtanın qiyməti niyə qalxıb? -İstehsalçıdan açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son vaxtlar yumurtanın qiymətində cuzi də olsa bahalaşma müşahidə olunur.

Məsələ barədə danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Banco.az-a bildirib ki, hazırda yumurtanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən 4 qəpik ucuzdur:

“Yumurtanın maya dəyəri təqribən 13,5 – 14 arasındadır.Mağazalarda da  yumurtanın maya dəyərinə uyğun 12 -14 qəpik arasında satılır. Kənd yumurtasının bolluğu ilə əlaqədar ölkədə ciddi şəkildə istehsal var idi. Həm də istehsal olunan məhsullar Rusiya bazarına satılırdı. 2024-cü ilin mart ayı üçün Rusiya bazarına 150 maşın gedirdisə, aprel ayında bu rəqəm 20 maşına düşdü. Nəticədə bazarda təklif çoxaldı. Bu da qiymətlərdə enmələrə səbəb oldu”.

Hazırda ölkədə yumurta istehsalının tələbatın üstündə olduğunu vurğulayan Assosiasiya sədri qeyd edib ki, mövsümlə əlaqədar tələbar aşağı düşdüyü üçün bu sahədə güclü qiymət artımı gözlənilmir:

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
1
banco.az

2Sources