EN

Baqrata qoşulan dövlət işçiləri təqib olunurlar -“Hraparak“

Ermənistanda siyasi gərginlik davam edir. News365.az xəbər verir ki, “Hraparak” qəzeti Paşinyan hakimiyyətinin "Vətən uğrunda Tavuş hərəkatı"na dəstək verən məmur və digər büdcədən maliyyələşən təşkilatların işçilərinə qarşı "səlib yürüşü"nə çıxması haqda məlumat yayıb. Nəşr yazır ki, dövlət idarələrinin orta səviyyədə olan rəhbər şəxsləri keşiş Baqrat Srbazanın keçirdiyi yürüş və aksiyalarda iştirak edən əməkdaşlarını araşdırır, onlardan izahatlar alır. 

"Demək olar ki, bütün qurumlardan aksiya yerlərinə bir nümayəndə göndəriblər. Onlar öz işçilərinə fotolar çəkdirmələrini və rəhbərlərinə verilən tapşırıqların yerinə yetirilməsi ilə bağlı sübut təqdim etmələrini əmr ediblər. Yeri gəlmişkən, "etirazçı işçilər" də öz növbəsində aksiyalarda “işverənlər”in kim olduğunu öyrənməyə çalışırlar. Bu məsələdə ən liberal qurum maliyyə və təhsil nazirlikləridir. Məlumatlı mənbənin sözlərinə görə, onlar ölkədəki mövcud reallıqları müəyyən dərəcədə nəzərə alır, müxalifətçi işçilərin ifşası məsələsində elə də gərginlik yaşamırlar. Üstəlik, onlar işçilərinə sadəcə xəbərdarlıq edirlər. Yəni deyirlər ki, iş saatlarından sonra işçilər istədikləri hər şeyi edə bilərlər. Buradan anlaşılır ki, hakim komandada ərazidə, küçələrdə "işləyə" biləcək mütəxəssisləri yoxdur. Bu cür situasiyalarda kadrları incitmək, işdən kənarlaşdırmaq isə sistemi iflic etmək deməkdir. Amma Qnel Sanosyanın rəhbərlik etdiyi sistemdə “qul qaydaları” tətbiq edilib. Burada ciddi şərt qoyulub: ya müxalifətin mübarizəsində iştirak edirsən, ya da bizim qurumdan gedirsən”, - nəşr yazıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırdılar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
news365.az

1Sources