EN

Şimali Koreya Ukrayna ərazisinə qoşun göndərir

Şimali

Şimali Koreya Donetsk vilayətinin işğal olunmuş ərazilərinə tikinti və mühəndis qoşunları göndərəcək. Qoşunlar iyul ayında gələcək və koreyalılar ərazidə “bərpa işləri” görəcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə Cənubi Koreyanın “TV Chosun” telekanalına istinadla Müharibənin Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumata görə, Pxenyan iyulun əvvəlində Donbasa irimiqyaslı mühəndis qüvvələri göndərməyə hazırlaşır.

Jurnalistlər Cənubi Koreya rəsmisinə istinad edirlər. İddialara görə, KXDR ordusunun qüvvələri işğal olunmuş Donetskdə infrastrukturun bərpasına çalışacaqlar.

Bildirilir ki, Şimali Koreya ordusunda 10 mühəndis briqadası var. Şimali Koreya Ukraynanın işğal olunmuş hissəsinə üç və ya dörd mühəndis briqadası göndərsə, Rusiyadan hər il 115 milyon dollara qədər pul ala bilər.

ISW qeyd edir ki, Rusiya alternativ dünya nizamının əsasını təşkil etmək üçün SSRİ ilə tarixən isti əlaqələri olan dost dövlətlərdən ibarət koalisiya yaratmağa çalışır.

Bununla belə, analitiklər hələ ki, Şimali Koreya qoşunlarının Ukraynada hərbi əməliyyatlarda iştirak etmək niyyətlərinin təsdiqini görməyiblər. Şimali Koreyanın birbaşa mühəndis dəstəyi Rusiyanın döyüş gücünü cəbhə xətti boyunca əməliyyatlar üçün azad edə və Rusiyanın işğal olunmuş Ukrayna ərazisində hərbi infrastrukturu və müdafiə istehkamlarını genişləndirmək səylərinə töhfə verə bilər.

Xatırladaq ki, iyunun 19-da Rusiya lideri Vladimir Putin Şimali Koreyaya səfər edib. O, daha sonra Rusiya və KXDR arasında tərəfdaşlıq sazişi imzalayıb.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
1
reyting.az

2Sources