EN

"Ətçilər" adlanan ərazi söküldü, amma... - "İydən keçmək olmur" - VİDEO

"Ətçilər" adlanan ərazi söküldü, amma... - "İydən keçmək olmur" - VİDEO

Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində "Ətçilər" adlanan ərazi bir neçə müddətdir ki, sökülüb. Sakinlər təmizlik məqsədilə sökülən ərazinin natəmiz vəziyətdə olmağından narazıdırlar.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "ARB Xəbər"in çəkiliş komandası sözügedən ərazidə olub. Söküntünün əsas səbəbi ərazidə antisanitar vəziyyət qarşısını almaq idi. Amma sökülən obyektlərdən qalan qalıntılar, hətta kəsilən heyvanların sümükləri daha çox antisanitar vəziyyət yaradır. Orada iydən dayanmaq mümkün deyil :

"İydən buradan keçmək olmur. Vəziyyət çox bərbaddır. Üfunət iyinə dözmək olmur. Hər şey göz qabağındadır. Buraya heç kim baxmır. Ərazi təmizlənsə çox yaxşı olardı".

Sakinlərin haqlı narazılığı ilə bağlı aidiyyəti qurumla əlaqə saxlanılıb. Bildirib ki, ərazi onların diqqət mərkəzindədir. Aparılan bir neçə prosesdən sonra təmizlik işlərinə başlanılacaq.

Ətraflı "ARB Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
sonxeber.az

1Sources