EN

Əsgərlərimiz Türkiyənin qoluna belə sevindi - Video

Dünənki Türkiyə-Çexiya oyununu Azərbaycan Ordusunun əsgərləri də izləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyi də paylaşım edib. 

Türkiyə MN videoya “Can Azerbaycan’dan #BizimÇocuklar’a tam destek!” başlığını verib. 

Qeyd edilib ki, Azərbaycanın Silahlı Qüvvələr Günündə qəhrəman əsgərlər sözügedən matçın həlledici qoluna seviniblər. Onlar 90+4-cü dəqiqədə Cenk Tosun Türkiyə yığmasının ikinci qolunu vurmasını coşqu ilə qeyd ediblər: “Təşəkkürlər, Can Azərbaycan, təşəkkürlər Qarabağın aslanları… Hər zaman bir və bərabərik!”

Xatırladaq ki, Türkiyə 2:1 hesablı qələbə ilə 1/8 finala çıxıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
2
qafqazinfo.az

10Sources