EN

Azərbaycanın cənubu güclü küləyə təslim oldu: Əraziyə ağır texnika cəlb edildi, kəndlər boşaldıldı

Azərbaycanın cənubu güclü küləyə təslim oldu: Əraziyə ağır texnika cəlb edildi, kəndlər boşaldıldı

Axşam saatlarında Lerik rayonunda hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

APA-nın məlumata görə, hazırda Lənkəranda güclü külək müşahidə olunur, arabir ildırım çaxır.

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, hazırda dağlardan düşən torpaq qatı ağır texnikalar vasitəsilə ərazidən kənarlaşdırılır.

Əlavə olaraq cənub bölgəsində qeyri-sabit hava şəraiti ilə bağlı iki rayonun iki kəndində təxliyə işləri görülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional mərkəzinin xilasetmə qüvvələri Lənkəran rayonunun Narbağı və Astara rayonunun Maşxan kəndində təxliyə işləri aparıblar.

Xüsusi avadanlıqlar vasitəsilə Narbağı kəndindən bir ailənin 4 nəfərdən ibarət üzvü və Maşxan kəndindən bir ailənin 3 nəfər üzvü təxliyyə olunub.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir. Elektrik enerjisinin verilişi dayanıb.

Küləklə müşahidə olunan yağış yağır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
sonxeber.az

1Sources