EN

Şimal bölgəsində havanın temperaturu aşağı düşdü

Şimal bölgəsində havanın temperaturu ötən günlə müqayisədə 10-15 dərəcə aşağı düşüb.

Bizim.Media xəbər verir ki, hazırda bölgədə  havanın temperaturu +5,4 dərəcə təşkil edir.

Ötən gün şimal rayonlarında leysan xarakterli yağışla yanaşı, Şahdağ və Babadağa qar yağıb.

Yaxınlığında torpaq sürüşməsi  qeydə alınan Xınalıq kəndinə də cüzi qar düşüb.

Bu gün havanın normallaşacağı deyilir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
bizim.media

1Sources