Tanınmış opera müğənnisi Anna Netrebko və azərbaycanlı ifaçı Yusif Eyvazov boşandıqlarını açıqlayıblar.
Reyting.az xəbər verir ki, bu barədə “Austria Presse-Agentur” cütlüyün rəsmi şərhinə istinadla məlumat yayıb.
Bildirilir ki, boşanma tanınmış opera müğənnilərinin ortaq qərarıdır: “Birlikdə keçirdiyimiz on xoşbəxt ildən sonra ayrılmaq barədə çətin qərar verdik”.
Müğənnilər yaxın dost olaraq qaldıqlarını da bəyan ediblər.