EN

Övladlığa uşaq götürüb qul kimi işlətdilər

ABŞ-ın Virciniya ştatında amansız hadisə qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, 63 yaşlı Donald Rey Lantz və 62 yaşlı Ceyn Kayyeniyetmə uşaqların köhnəlmiş paltarlarla dar kabinədə kilidli tapılmasından sonra həbs edilib.

İddialara görə, onlar uşaqları qul kimi işlətmək üçün istifadə edib, ayaqlarını zəncirləyib, hətta tövlədə saxlayıblar. Polis tövlədə tapılan uşaqların yaşlarının 6, 9, 11, 14 və 16 olduğunu açıqlayıb.

İddiaların ən dəhşətlisi, bu uşaqların hamısının qaradərili olması və sırf irqlərinə görə cütlük tərəfindən kölə edilməsidir. Qonşuların verdiyi ifadədə bildirilir ki, uşaqlar tarlada işləmədən tövlələrə belə girə bilmirlər, hətta onlara yemək verilmirdi. Uşaqların ifadələrinə görə, onlar orta hesabla 12 saat tarlada işləyib və gündə yalnız hər 12 saatdan bir yemək yeyirmişlər.

Donald Rey Lantzın və Ceyn Kayın məhkəməsi yaxın günlərdə yekunlaşacağı gözlənilir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
teleqraf.com

1Sources