EN

Putin ordusu PUA-dan birbaşa qız uşaqlarına atəş açdı...-VƏHŞƏT

Xerson şəhərində Rusiya işğalçı qüvvələrinin atəşi nəticəsində uşaqlar - 12 və 15 yaşlı iki qız yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Xerson şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçko telegram-kanalda məlumat çatdırıb.
 
"Kçik qızın partlayıcı zədəsi və çoxsaylı qəlpə yaraları var. Böyük qızın partlayıcı və qapalı kəllə-beyin travması var, onlar bir az əvvəl Xerson şəhərinin kənarında yaralanıblar", - deyə şəhər rəhbəri bildirib.
 
Mroçko əlavə edib ki, hər iki qız xəstəxanaya çatdırılıb, onların vəziyyəti orta ağır qiymətləndirilir.
 
Daha sonra şəhər hərbi administrasiya  rəhbəri yazıb ki, düşmən hücumu zamanı uşaqların yanında üç böyük də olub. Onlar özləri həkimə müraciət ediblər.
 
"Rusiya hərbçiləri pilotsuz təyyarədən üç böyük  və iki uşağın üzərinə partlayıcı atıblar", - deyə Mroçko qeyd edib.
 
S.Laçın
Chosen
84
1
moderator.az

2Sources