EN

Hökümət aksiyalardan sonra geri addım atdı

Keniyada şiddətli etirazlardan sonra hökumət geri addım ataraq vergiləri artıran qanun layihəsini geri götürüb.

Teleqraf.com xəbər verir ki, paytaxt Nayrobidə keçirilən aksiyalarda 22 nəfərin ölümü və çox sayda insanın yaralandığı bildirilir.

Keniya prezidenti Uilyam Ruto çərşənbə günü vergiləri artıracaq mübahisəli qanun layihəsini imzalamayacağını açıqlayıb.

Keniyada insanlar iyunun əvvəlindən bəri vergi artımına qarşı üsyan ediblər. Paytaxt Nayrobidə küçələri qan gölünə çevirən müqavimət hökuməti geri çəkilməyə məcbur edib.

Hökumətin borcları ödəmək üçün müdafiə etdiyi qanun layihəsi milyonlarla insanın maddi sıxıntı yaşamasına səbəb olacağı səbəbilə ictimaiyyət tərəfindən tənqid edilir.

Çərşənbə axşamı baş verən xaos hökuməti ordu çağırmağa vadar etdi, Ruto isə etirazçıların hərəkətlərini "vətənə xəyanət" kimi qiymətləndirdi.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
teleqraf.com

1Sources