EN

Fransa polkovniki Makronun Azərbaycana dair şok planını deşifrə etdi

Publika.az xəbər verir ki, Fransa Hərbi Hava Qüvvələrinin polkovniki Bruno Kuhn beynəlxalq forumda çıxış edib. "2024 APRI Forumu"nda çıxış edərək polkovnik bunları deyib:

"Cənubi Qafqazdakı proseslərdə iştirak etmək Fransanın əsas siyasi məqsədlərindən biridir.

Fransa Ermənistana kənardan hücumu imkansız səviyyəyə qaldırmaq istəyir. Paris Azərbaycanın Ermənistan-Fransa hərbi razılaşmaları ilə bağlı "aqressiv" bəyanatlarından təəssüf və narahatlığını bildirir. Yeni Kaledoniyada etirazların başlamasına bir həftə qalmış Yeni Kaledoniyalı deputatlardan biri Bakıya səfər edib. Fransa Azərbaycanın bu iğtişaşlarda əli olduğuna inanır. Fransa hakimiyyəti bu istiqamətdə işləyir"...

Musavat.com-un şərhi: Bütün bunları hər hansı siyasətçi, yazıçı, yaxud da jurnalist söyləmir. Bunu Fransa ordusunun yüksək rütbəli zabit heyətinə aid birisi beynəlxalq forumda səsləndirir. Bu da o deməkdir ki, prezident Makronun Cənubi Qafqaza soxulması və burada əsas oyunçulardan biri olması iddiası artıq Fransa dövlətinin hərbi doktrini səviyyəsinə gəlib. Polkovnik Bruno Kuhn öz çıxışı ilə bu doktrini ifşa etmiş durumdadır. Polkovnik Bruno hərbi sirr daşıyıcısıdır və onun nitqi ciddiyə alınmalıdır.

Fransa Ermənistan vasitəsi ilə bölgəyə yerləşmək, Cənubi Qafqazdan Rusiyanı vurub çıxarmaq, Türkiyənin artan nüfuzunu neytrallaşdırmaq və bu bölgədə əsas hərbi - siyasi güc olmaq iddiasındadır. Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanın bu prosesə isti yanmaması isə Fransa prezidentini və onun təmsilçiliyindəki indiki dövlət aparatını qıcıqlandırır.

Chosen
101
6
publika.az

7Sources