EN

AVRO-2024: Türkiyə Çexiyanı məğlub edərək 1/8 final mərhələsinə yüksəlib

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Çexiya və Türkiyə milliləri üz-üzə gəlib.

APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda türklər çexləri məğlub edib – 2:1.

Oyunun 51-ci dəqiqəsində Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu hesabı açıb.

Qarşılaşmanın 66-cı dəqiqəsində Tomaş Souçek tarazlığı bərpa edib.

Qarşılaşmanın 90+4-cü dəqiqəsində Cenk Tosun komandasına qələbə qolunu qazandırıb.

Bununla da Türkiyə millisi Avropa çempionatının 1/8 final mərhələsinə yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
6
apa.az

9Sources