EN

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Ukraynalı

Şəki, 26 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Bir müddətdir ki, Azərbaycandayıq. Uşaqlarımız buraya Ukraynanın cəbhə bölgəsi ərazisində yerləşən Nikolayev və Xerson vilayətlərindən gəliblər. Təəssüf ki, ölkəmizdə döyüş əməliyyatları hələ də davam edir və uşaqlar daim stres vəziyyətində olurlar. Ardıcıl davam edən hava həyəcanı siqnalları uşaqların psixoloji vəziyyətinə çox pis təsir edir. Onlar hər gün davamlı olaraq şəhərlərimizə uçan raketlərin, təyyarələrin səsini eşidirlər.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycana gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqlardan ibarət qrupun rəhbəri İrina Andreyeva söyləyib.

Azərbaycana dəvət olunduqlarına görə təşkilatçılara xüsusi təşəkkürünü bildirən ukraynalı qonaq deyib: “Uşaqlarımız Ukraynada qarşılaşdıqları qorxulu, həyəcanlı hadisələrdən azacıq da olsa kənarlaşıblar. Onlar burada həqiqətən də çox yaxşı istirahət edirlər. Uşaqlar burada xeyli açılışıblar, müharibə həyəcanından, qorxusundan uzaqlaşıblar. Onlar fəal şəkildə təmiz havada dincəlir, istirahət edir, doyunca oynayırlar. Təəssüf ki, bizim uşaqlar məktəbə getmir, dərslərlə yalnız onlayn şəkildə məşğul olurlar. Xeyli vaxtdır ki, onlar bir-biri ilə ünsiyyətdə olmurlar. Burada isə uşaqlar özlərinə yeni dostlar tapıblar. Yaxşı haldır ki, uşaqlarımız artıq azərbaycanlı həmyaşıdları ilə ünsiyyət qurur, dostlaşırlar. Onlar ölkənizdə özlərini çox rahat, təhlükəsiz hissi edirlər. Biz buna görə çox şadıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
azertag.az

1Sources