EN

“Bəzi NATO ölkələri Ukraynaya məcburi yardımdan imtina edir” – “Bloomberg”

“Bəzi NATO ölkələri Ukraynaya kömək üçün hər il 40 milyard avro ayırmaq öhdəliyindən imtina edirlər”.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Şimali Atlantika Alyansı daxilində müzakirələrdən xəbərdar olan mənbələr nəşrə bildiriblər ki, NATO-ya üzv olan bir neçə ölkə Ukraynaya hərbi yardım üçün hər il 40 milyard avro xərcləmək üçün çoxillik konkret öhdəliklər götürməkdən imtina edir.

Bloomberg mənbələri bildiriblər ki, bəzi müttəfiqlər yardımı konkret rəqəmlərlə açıqlamaqdan ehtiyat edir, lakin buna baxmayaraq eyni səviyyədə dəstəyi davam etdirəcəklərinə söz verirlər.

Onlar ayırdıqları sərmayənin dəqiq məbləğini dərc etməkdən çəkinirlər, çünki bu, onların yardımlarının həqiqi miqyası haqqında məlumatı üzə çıxara bilər.

Agentlik yazır ki, Kiyevə məcburi çoxillik dəstək planı NATO sammitində (9-11 iyul Vaşinqtonda keçiriləcək) Ukrayna prezidenti Volodimir Zelenskiyə təqdim edilməlidir. Bloomberg-in həmsöhbətləri bildiriblər ki, NATO-nun ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləməklə bağlı mövcud öhdəliyi fonunda Kiyevə yardım 40 milyard avro ayrılmalıdır. Lakin bu, iştirakçı ölkələrin özlərinin müdafiə qabiliyyətini azalda bilər.

Stoltenberq iyunun ortalarında Ukraynaya hərbi yardımın NATO üzvləri üçün məcburi olacağını bildirmişdi. Onun fikrincə, bu halda tədarüklər daha etibarlı olacaq. Bloomberg yazır ki, bundan əvvəl o, alyans üzvlərinin müqavimətinə görə beş il ərzində Ukraynaya 100 milyard dollarlıq yardım fondu yaratmaq planından imtina edib.

Stoltenberqin NATO ölkələrini Ukraynaya yardım üçün hər il 40 milyard avro ayırmağa məcbur etmək təşəbbüsündən danışan Kreml bildirib ki, bu, heç nəyi dəyişməyəcək, Moskva bu cür tədarükləri pisləyir.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
konkret.az

1Sources