EN

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Stella

London, 26 iyun, AZƏRTAC

Culianın sağalması, azadlığa alışması üçün vaxt lazımdır

AZƏRTAC xəbər verir ki, bu sözləri “Wikileaks” portalının təsisçisi Culian Assancın həyat yoldaşı Stella Assanc jurnalistlər üçün Avstraliyada keçirilən mətbuat konfransında deyib.

Stella Assanc Culianın mətbuat konfransında iştirak etməyəcəyini təsdiqləyərək, ərinin ictimaiyyət qarşısında çıxış etməzdən əvvəl sağalması və “ailəmizin bir ailə olması” üçün vaxta ehtiyacı olduğunu söyləyib.

“Onun nələr keçirdiyini başa düşməlisiniz”,- deyə o, əlavə edib.

Culian Assancın vəkili Cennifer Robinson ABŞ və Assanc arasındakı razılaşma haqqında məlumat verib:

“Təəssüf ki, Assanc azadlığını əldə etmək üçün öz təqsirini qəbul etməli oldu. Bu, jurnalistikanın kriminallaşdırılmasıdır”. O deyib ki, ittiham tərəfi media və jurnalistlər üçün “təhlükəli presedent” yaradıb.

Stella Assanc isə ABŞ-da prezidentin əfvinə yenidən ümid bağlayıb.

“Məncə, mətbuat bu presedentə qarşı çıxmaq üçün birləşsə, o, əfv olunacaq”, - deyən Stella qeyd edib ki, əri, prinsipial və qorxmaz olaraq qalır.

Qeyd edək ki, Culian Assanc azadlığa çıxsa da, ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, Assanca icazəsiz ABŞ-a qayıtmaq qadağandır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
1
azertag.az

2Sources