EN

Vətən müharibəsinin tarix yazan ŞAHİNLƏRİVİDEO

Sürət və ehtiyatsızlıq səbəbindən qəzalar baş verib. Nəticəsi isə ölüm olub.

Xezerxeber.az xəbər verir ki, Yevlax - Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisində ağır yol- nəqliyat hadisəsi  qeydə alınıb.  Minik avtomobili ilə traktor toqquşub. Nəticədə minik avtomobilində olan qadın sərnişin hadisə zamanı həyatını itirib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Faktla bağlı araşdırma aparılır.

Şərur rayonundakı qəza da ölümlə nəticələnib. Hadisə rayonun Aşağı Daşarx ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Siyaqut kənd sakini, 31 yaşlı  Rahib Ələkbərov  dünyasını dəyişib. Avtomobildə olan  sərnişin, 31 yaşlı Şəfəq Məmmədova  isə  xəsarət alıb. O, Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda fakt araşdırılır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
xezerxeber.az

1Sources