EN

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Ankara, 26 iyun, AZƏRTAC

İzmir Türkiyənin yüz ildən çox bundan əvvəl bu liman şəhərinin tarixi hissəsində yanğın törədən ermənilərin cinayətləri haqqında bilgisi olan çoxsaylı bölgələrdən biridir.

Bu barədə AZƏRTAC -a müsahibəsində İzmir Dokuz Eylül (“Doqquz sentyabr”) Universitetinin Tarix kafedrasının müdiri, professor Hakkı Uyar bildirib. Alim xatırladıb ki, XIX əsrin sonlarından başlayaraq ermənilər Osmanlı dövlətinin müxtəlif bölgələrində çoxsaylı cinayətlər törədib və etnik təmizləmələr aparıblar. Buna misal olaraq alim 1922-ci il sentyabrın 13-də İzmirdə başlayan və şəhərin tarixi hissəsinin dörddə üçünü məhv edən “Böyük yanğın” adlı hadisəni göstərib. Ermənilərin kompakt yaşadığı Basmane məhəlləsində başlayan yanğın İzmirin bütün tarixi hissəsinə yayılaraq bir neçə gün ərzində minlərlə şəhər binasını məhv edib.

Tarixçi xatırladıb ki, o dövrdə İzmir Osmanlı dövlətinin ən inkişaf etmiş limanı - kosmopolit şəhər sayılırdı. “1919-cu il mayın 15-dən 1922-ci il sentyabrın 9-dək İzmir işğal altında idi və “Böyük Yangın”dan cəmi bir neçə gün əvvəl müdaxiləçilər Ege bölgəsindən qovulmuş və türk qoşunları şəhərə daxil olmuşdu. İzmirin azad edilməsindən dörd gün sonra, yəni sentyabrın 13-də şəhərdə güclü yanğın başladı. Dörd gün ərzində yanğını söndürmək mümkün olmayıb”, - deyə alim bildirib.

Dokuz Eylül Universitetinin professoru Yunan ordusunun bir hissəsinin o zaman artıq İzmirdən çıxarıldığını və onlarla birlikdə etnik yunanların çoxunun bölgəni tərk etdiyini bildirib. Şəhərdə qalan qeyri-müsəlmanlar əsasən ermənilərdən ibarət olub, onlar Türkiyə ordusuna müqavimət təşkil etməyə çalışsalar da, planlarının baş tutmadığını anlayıblar və şəhəri yandırıblar.

“Arxiv sənədləri təsdiq edir ki, şəhərin tarixi hissəsindəki yanğını məhz həmin vaxt İzmirdə aktiv fəaliyyət göstərən ermənilər törədiblər. Onların əlində müdaxiləçilərin geridə qoyduğu böyük silah arsenalı var idi. “Müqavimət” mərkəzlərindən biri Basmane məhəlləsi idi. Ermənilər sonda bütün silahlarını məhv etmək, eyni zamanda, əmlaklarını və bütün şəhəri yandırmaq qərarına gəliblər, yəni: “Mənim olmasa, heç kimin olmasın” prinsipi ilə hərəkət ediblər”, - deyə tarixçi qeyd edib.

Professor Hakkı Uyar sübut kimi o vaxt İzmirdə yanğından mühafizə və daşınmaz əmlak sığortası ilə məşğul olan şirkətlərdən birinə rəhbərlik edən etnik serb Pol Qreyskoviçin arxiv sənədlərini göstərib. “Yanğın zamanı Qreyskoviç əmlakı inventarlaşdırmaq və dəymiş ziyanı qiymətləndirmək üçün əməkdaşlarını şəhərə göndərib. Şirkət əməkdaşları kilsələrdən birinin ərazisində bir qrup erməninin silah anbarını dağıdaraq, tikililəri yandırdığı zaman aşkar ediblər. Cinayət əməllərinin üstü açıldığını anlayan ermənilər sığorta şirkətinin əməkdaşlarına atəş açıblar ki, bu da Qreyskoviçin hesabatında öz əksini tapıb. Bu və digər dəlillər sübut edir ki, 1922-ci ildə İzmirdə baş vermiş “Böyük yanğın”ı məhz ermənilər törədiblər”, - deyə alim bildirib.

O, izah edib ki, Egey bölgəsində baş verənlər o dövr ermənilərinin cinayətlərinin yalnız kiçik bir hissəsidir.

Türkiyəli ekspertin fikrincə, tarixi faktları təhlil edərək ermənilərin türklərə məxsus olan hər şeyi məhv etməyə və nifrət etməyə yönəlmiş “genetik kodu”na sahib olduqları qənaətinə gəlmək olar. “Nəzərinizə çatdıraq ki, Osmanlı dövlətinin dağılması zamanı bir çox xalqlar bizdən ayırdı, lakin ən çox problem yaradan ermənilər oldu”, - deyə o vurğulayıb.

Türkiyəli tarixçinin fikrincə, ermənilərin türklərə qarşı mənfi münasibəti hələ XIX əsrin sonlarında “Qnçak” kimi terror təşkilatı yarandığı vaxt özünü göstərməyə başladı. Təşkilat Anadoluda təxribat və gizli fəaliyyət göstərməyə başladı, silahlı dəstələr yaradılırdı. “Ermənilər qarşılarına aydın məqsəd qoymuşdular - qətllər və yerli əhalini sıxışdırıb çıxarmaq yolu ilə Anadolunun etnik xəritəsini dəyişmək. Eyni düşüncə 1919-1922-ci illərdə də özünü büruzə verdi. İzmirdə. Həm də bütün bunlar Osmanlı dövlətinin hakimiyyət orqanlarının əsrlər boyu ermənilərə hörmətlə yanaşdığı və İstanbul da daxil olmaqla, erməni kilsəsinin yolunda heç bir maneə törətmədiyi şəraitdə baş verdi. Osmanlı dövlətində ermənilərin özləri Millət-i Sadıka (“Sadiq Millət”) adlanırdı” – deyə o qeyd edib.

Professor Hakkı Uyar Osmanlı imperiyasının son onilliklərində Anadolunun heç bir yerində ermənilərin çoxluq təşkil etmədiyini vurğulayıb ki, bu da onları mifik “böyük Ermənistan” ərazisindən başqa xalqların zorla qovulması barədə düşünməyə vadar edib. “Ermənilər hesab edirdilər ki, regionun etnik xəritəsini dəyişdirməklə başqa xalqların tarixi torpaqlarına daha çox hüquqlar irəli sürə biləcəklər. Ermənilərin həmin bu “genetik kodu” sonralar Cənubi Qafqazda, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində özünü göstərdi ki, burada ermənilər onilliklər davam edən işğal zamanı Azərbaycan xalqının irsini məhv etməyə cəhd göstərmiş, dağıdıcı fəaliyyət və etnik təmizləmələrlə məşğul olmuşlar. Əslində tarix təkrarlandı, türkə aid hər şeyin dağılmasının, məhv edilməsinin “kodu” yenidən özünü büruzə verdi. “Ermənilərin Anadoluda, o cümlədən 1922-ci ildə İzmirdə törətdikləri hər şey Azərbaycan torpaqlarının işğalı zamanı özünü göstərdi”, - deyə professor bildirib.

O, ermənilərin öz cinayətlərinə “tarixi ağrı” haqqında utopik fikirlərlə bəraət qazandırmaq istəyini “qeyri-sağlam düşüncə” və “patologiya” adlandırıb. Onun sözlərinə görə, ermənilər bu gün də hansısa tarixi ağrı və faciələrə, o cümlədən 1915-ci il “soyqırımı” mifinə istinad edərək milli kimlik ideyasını əsaslandırmağa çalışırlar, halbuki regionun digər xalqlarının, o cümlədən türklərin və azərbaycanlıların şüurunun əsasını müsbət hadisələr, qəhrəmanlıq və qələbələr təşkil edir.

Alim əmin olduğunu bildirib ki, ermənilərlə qonşu xalqlar arasında münasibətləri normallaşdırmağın yeganə yolu nifrətə, məhvə və etnik təmizləmələrə yönəlmiş eybəcər hala salınmış “genetik koddan” imtina etməkdir. “Ümid edirəm ki, ermənilər nəhayət, Ermənistanın mövcud sərhədləri çərçivəsində öz müqəddəratını müəyyənetmə faktını dərk edəcək və qəbul edəcəklər ki, bu da qonşu ölkələrlə münasibətlərin normallaşmasının rəhni olacaq. Əgər regionun bütün dövlətləri öz gələcəyini öz ərazisi çərçivəsində görsələr, o zaman regionda əlaqələrin və dialoqun inkişafında heç bir maneə olmayacaq”, - deyə alim hesab edir.

AZƏRTAC-ın xüsusi müxbiri İzmirdəki Yemişçizadə tarixi malikanə-muzeyində olub. Burada digərləri ilə yanaşı, bir vaxtlar hotellər, kilsələr, monastırlar və konsulluq idarələrinin yerləşdiyi şəhərin yanğınla məhv edilmiş tarixi hissəsinin arxiv fotoşəkilləri nümayiş etdirilir. Muzeyin ziyarətçilərinə 1922-ci il “Böyük yanğın” haqqında videoçarx da nümayiş etdirilir, məhv edilmiş məhəllələrin xəritəsi təqdim olunur. İzmirdəki Ahmet Piriştina Şəhər Arxivi və Muzeyində Türkiyənin Egey bölgəsinin ən gözəl şəhərlərindən birinin mərkəzi hissəsini məhv edən yanğında ermənilərin iştirakını sübut edən tarixi sənədlər saxlanılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
azertag.az

1Sources