EN

HadisəBakıda gənc başından güllələnərək qətlə yetirilib, şübhəli şəxs saxlanılıb - YENİLƏNİB

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

21:37

Bakının mərkəzində gənc başından güllələnərək qətlə yetirilib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

DİN-in Mətbuat Xudmətindən “Report”a bildirilib ki, bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Əlavə məlumat veriləcək.

Chosen
163
50
far.az

10Sources