EN

Şolz Putinin Ukrayna ilə bağlı planını rədd edir...

...Almaniya kansleri Olaf Şolz bildirib ki, Rusiya liderı Vladimir Putinin Ukraynada müharibəni bitirmək üçün “real” yol adlandırdığı təklifi sülh planı adlandırmaq olmaz.

Onun fikrincə, irəli sürülən şərtlər bunun tam əksini göstərir. ...Putin bütün diqqətini müharibə və yenidən silahlanmaya yönəltməyə davam edir və heç kim buna məhəl qoymur. Bunu onun atəşkəs təklifində ən aydın şəkildə görmək olar.

SİA-nın əldə etdiyi məlumata görə, Şolz bunu Bundestaqda çıxışı zamanı deyib.

Kansler xatırladıb ki, Putin Ukraynanın bütün ilhaq edilmiş rayonlarının öz inzibati sərhədləri daxilində Rusiyaya qaytarılmasını tələb edir, baxmayaraq ki, bu ərazilərin əksəriyyəti Kiyevin nəzarətindədir.

Rusiya diktatoru həm də Ukraynanın neytral statusa malik olmasını istəyir ki, bu da gələcəkdə istənilən hərbi yardımdan imtina etmək deməkdir.

Şolza görə, bu cür güzəştlərin Avropada davamlı sülhə gətirib çıxaracağına inanan hər kəs “görünür, “Russia Today”-i çox izləyir”.

...Təəssüf ki, Rusiya sülh istəmir. Hücuma məruz qalan Ukraynadır ki,tabeçiliksiz və yeni təcavüz qorxusu olmadan ədalətli sülh istəyir.

Bunu deyən Şolzİsveçrədə Sülh Sammiti kimi təşəbbüsləri dəstəkləməyə çağırıb.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
sia.az

1Sources