EN

Bəxtiyar Həsənalızadə “Tuzlaspor”dan ayrılmağa çalışır

Bəxtiyar Həsənalızadə ötən ilin avqustunda “Sabah”dan ayrılaraq, Türkiyənin 1-ci liqa liqa təmsilçisi “Tuzlaspor”a transfer olundu.

31 yaşlı futbolçu yeni komandasıyla ikiillik, yəni 2025-in yayına qədər sözləşmə imzalamışdı. Futbol həyatında ilk dəfə ölkə xaricinə üz tutan müdafiəçinin əslində karyerası heç də uğursuz deyildi. Çünki Həsənalızadə bir sıra oyunlarda komandasını çətin durumdan çıxarmışdı. Lakin “Tuzlaspor”un mövsümü sonuncu “üçlük”də başa vurması və bunun ardından aşağı dəstəyə yuvarlanması Bəxtiyarı növbəti klub axtarışına çıxmağa vadar etdi. Hətta artıq futbolçunun “Tuzlaspor”dan ayrıldığını və ölkəyə dönəcəyini iddia edənlər də var. Görəsən, onun heç olmasa, tirajlanan xəbərlərdən məlumatı var, yoxsa həqiqətən Türkiyə klubundan ayrılıb? Bu mövzuda daha ətraflı məlumat öyrənmək üçün futbolçu ilə danışdıq:
“Hazırda “Tuzlaspor”la danışıqlarım gedir. Ayın sonuna kimi bu məsələ yekunlaşmalıdı. Müqavilə məsələləri tam həll olunandan, komandadan ayrılmağım rəsmiləşəndən sonra gələcək karyeramla bağlı qərarımı da açıqlayacam”.


Fürsət düşmüşkən, Həsənalızadə müqavilə müddəti bitməmiş klubdan ayrılmaq istəməsinin səbəbini “Tuzlaspor”un aşağı liqaya düşməsiylə əlaqələndirdi. Xatırladaq ki, “Sumqayıt”ın yetirməsi olan, ölkədə “Zirə”, “Sabah” kimi klublarda forma geyən futbolçunun “Turan Tovuz”a keçidi gözlənilir.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources