EN

Castin Timberleykin həbsindən sonra həyat yoldaşı da nikah üzüyünü ÇIXARDI - FOTO

Amerikalı aktrisa Cessika Bil Nyu-Yorkda “Ən yaxşı bacı” filminin çəkilişləri zamanı görüntülənib. Britni Spirsin xatirə kitabının nəşrindən sonra evliliklərində böhran yaşayan cütlüyün, bir müddət yenidən evliliklərinə bir şans verdiyi deyilirdi. İndi isə Castin Timberleykin sərxoş halda maşın sürdüyünə görə qalmaqallı həbsi fonunda Cessika nikah üzüyünü çıxarıb.


Sfera.az bildirir ki, bu yaxınlarda Castin sərxoş halda avtomobil idarə etdiyinə görə həbs olunub. Həyat yoldaşı Cessikanın isə saç düzümünü dəyişərək nikah üzüyünü çıxardığı diqqətlərdən yayınmayıb. 


O, çəkiliş meydançasına çıxarkən kameralara gülümsəyib. Cessika şalvar, tünd göy köynək və qolsuz kofta geyinib.

 

Bəziləri Cessikanın çox güman ki, çəkiliş üçün nikah üzüyünü çıxardığını bildirib.


Qeyd edək ki, həbs olunduqdan sonra gecəni polis bölməsində keçirən Castin, sonradan sərbəst buraxılıb.

 

Sonra məlum olub ki, Castib Timberleyk uzun müddətdir alkoqolla bağlı problemlər yaşayır.

 

Jurnalistlər müğənninin 2021-ci ildə keçmiş sevgilisi Britni Spirs haqqında “New York Times” sənədli filminin nümayişi zamanı da çox içdiyini bildirir.

 

2023-cü ilin sonunda müğənni Timberleykin xəyanətindən və onun tələbi ilə abort etdirdiyindən bəhs edən "İçimdəki qadın" adlı xatirələrini yayımlayıb. Bundan sonra nifrət dalğası və ictimai qınaqla üzləşən Castinin evliliyində də problemlər yaranmış, həyat yoldaşı ayrı evə çıxmışdı. 


Timberleyk iyulun 26-da, Polşa turnesinin başlamalı olduğu gün məhkəmə qarşısına çıxacaq.

 

Xatırladaq ki, Castin Timberleyk və Cessika Bil 2012-ci ildən evlidir. Cütlüyün iki oğlu var.

 

 

Aynil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
sfera.az

1Sources