EN

"Bircə qalıqları tapılıb şəhidlərin içində dəfn olunsaydı" - Natiq Qasımovun bacısı DANIŞDIVİDEO

Mərd duruşu ilə, əlindəki bayrağı bərk-bərk tutub ölümə addımlayan, o üçrəngli bayrağı bir an belə əlindən buraxmayan Natiq Qasımov elə o fotoyla da hamımızın qəhrəmanına çevrilmişdi...

Xezerxeber.az xəbər verir ki, dünən isə rəsmi sərəncamla Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ailəsi xəbəri axşam alıb. Özü də qəhrəmanın bircə qardaşının ad günündə...

Qardaşı Nofəl Qasımovun sözlərinə görə bu sərəncam onun 64 gününə ən gözəl hədiyyə olub. Elə bilib ki, təbrik elə Natiqdən gəlib.
Anası Dursun xanım da hisslərini sözlə ifadə etməkdə çətinlik çəkir və deyir ki, bu xəbəri çoxdan gözləyirdi:

"Bircə qalıqları tapılıb şəhidlərin içində dəfn olunsaydı, bizim daha başqa arzumuz yoxdu",-  Qəhrəmanın bacısı Kəmalə xanım deyir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Chosen
116
xezerxeber.az

1Sources