EN

Vuçiç Ukraynadakı müharibənin tezliklə bitəcəyini görmür

Çinin təklif etdiyi təşəbbüsə baxmayaraq, Ukraynada müharibəni dayandırmaq hələlik mümkün deyil.

 

Oxu24.com xəbər verir  ki, bu fikri Serbiya prezidenti Aleksandr Vuçiç deyib.


“Ukraynada müharibənin bitəcəyi variantı görmürəm. Mən Çin təşəbbüsünü görmüşəm, bu, yaxşıdır, həqiqətən yaxşıdır və altı bənddən ibarət bu təşəbbüsü alqışlayıram. Hesab edirəm ki, artıq 100-dən çox ölkə bunu dəstəkləyib, bu, son dərəcə vacibdir, çünki burada dərhal atəşkəsdən söhbət gedir. Yalnız atəşkəs olduqda və insanlar ölməyi dayandırdıqda danışıqlar başlamalıdır, lakin bunun baş verməsi üçün bir variant görmürəm”, Vucic bildirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
oxu24.com

1Sources