EN

Vuçiç: “Ukraynada müharibəni dayandırmaq hazırda mümkün deyil”

“Ukraynada müharibənin bitməsi üçün aktual variant görmürəm. Mən Çin tərəfinin təşəbbüsünü bilirəm, bu, yaxşıdır, həqiqətən yaxşıdır və altı bənddən ibarət bu təşəbbüsü alqışlayıram”. 

Bizim.Media xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

“Hesab edirəm ki, artıq 100-dən çox ölkə bunu dəstəkləyib, bu, son dərəcə vacibdir, çünki burada dərhal atəşkəsdən söhbət gedir.

Yalnız atəşkəs razılaşması halında və insanların kütləvi şəkildə ölməsinə son verildikdə danışıqlar başlamalıdır, lakin bunun baş verməsi üçün heç bir variant görmürəm”, - deyə Vuçiç qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
bizim.media

1Sources