"Bavariya" Maykl Oliseni transfer edir.
Bakıvaxtı.az bildirir ki, 22 yaşlı vinger tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.
Olisenin anlaşması 2029-cu ilə qədər nəzərdə tutulub. Almaniya klubu transfer üçün "Kristal Pelas"a 60 milyon avro ödəyəcək.
Qeyd edək ki, futbolçu "Çelsi" və "Mançester Yunayted"in də hədəfində olsa da, Münhen klubuna üstünlük verib./ idmanbiz