EN

Cəsədləri götürə bilmirlər

 

  İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzaya qarşı başladığı hücumlarda ölənlərin sayı 37.718, yaralılar isə 86.377 olub.

  Fələstin Səhiyyə Nazirliyi Qəzza şöbəsindən verilən açıqlamada İsrailin Qəzza zolağına 264 gündür dəvam etdirdiyi hücumları ilə bağlı məlumat verilib. Buna əsasən, İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrində sutka ərzində törətdiyi hücumlarda 60 nəfər həyatını itirib, 140-ı isə yaralanıb.

  Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
trt.net.tr

1Sources