Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rusiya və Azərbaycan Qərbin Moskvaya qarşı sanksiyaları fonunda qarşılıqlı hesablaşmalarda milli valyutalara keçidlə bağlı danışıqlar prosesinə başlayıb.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RİAC) baş direktoru İvan Timofeyev danışıb.
O bildirib ki, ABŞ-nin Moskva birjasına qarşı tətbiq etdiyi son sanksiyalardan sonra hazırda Moskva ilə Bakı arasında milli valyutalara keçidlə bağlı danışıqlar gedir:
“ Məlum olduğu kimi “Mir” ödəniş sistemi artıq xarici konturlara daxil ola bilib. Bu da Azərbaycanın maraqlarına uyğundur, çünki bu, rusiyalı turistlərin və sahibkarların axınına töhfə verəcək. Bizə Rusiya bazarına uyğunlaşdırılmış bank sistemləri lazımdır”.