Hindistan öz vətəndaşlarından xaricə pul köçürmələrinin həcminə görə növbəti dəfə dünyada birinci yerdə qərarlaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.
2023-2024-cü maliyyə ilinin sonuna (martda başa çatır) ölkə öz diasporundan rekord məbləğdə 107 milyard dollar əldə edib. ABŞ 23% payla hindlilərin vətənlərinə köçürdüyü ən böyük pul mənbəyi olaraq qalıb.
Xaricdə yaşayan vətəndaşların köçürmələrinin həcminə görə ilk üçlükdə Meksika (67 milyard dollar) və Çin (50 milyard dollar) qərarlaşıb. İlk 5-liyi 40 milyard dollarla Filippin və 24 milyard dollarla Misir tamamlayıb.