7NEWS.az xəbər verir ki, Almaniyada ikili vətəndaşlığı təmin edən qanun sabahdan qüvvəyə minəcək. Beləliklə, Almaniyada yaşayan Türkiyə vətəndaşları artıq Türkiyə vətəndaşlığından imtina etmədən Almaniya vətəndaşlığını ala biləcəklər. Yeni qanunla Almaniya vətəndaşlığının alınması müddəti də qısaldılıb. Antisemitizm, irqçilik, ksenofobiya və ya digər qeyri-insani hərəkətlər edənlərə və qadın və kişi bərabərliyini qəbul etməyənlərə Almaniya vətəndaşlığı verilməyəcək.
7NEWS.az