EN

Kəlbəcərdə ağır qəzada yaralananların vəziyyəti açıqlandı

Bakı. Trend:

Kəlbəcərdə ağır qəzada yaralananların vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,25.06.2024-cü il tarixində Kəlbəcər rayonunda baş verənyol-nəqliyyat hadisə nəticəsində 4 nəfər (2-si qadın cinsli, 2-sikişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Gəncə ŞəhərBirləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adınaxəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiyaolunub.

"Hazırda onların müayinə və müalicələri davam etdirilir. Xəsarətalanlardan 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə ortaağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alan 1 nəfər isə Gəncədə yerləşən özəltibb müəssisəsinə təxliyə olunub", - məlumatda deyilir.

Xatırladaq ki, iyun ayının 25-də saat 20:30 radələrində KəlbəcərRayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində “Mercedes”markalı avtomobilin aşması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyatakeçirib. Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri, 1955-ci iltəvəllüdlü Məxsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynovaölüb, 1988-ci il təvəllüdlü Əlnur Qocayev, 1979-cu il təvəllüdlüVüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci iltəvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulovamüxtəlif bədən xəsarətləri alıb.

Chosen
125
5
az.trend.az

7Sources