Nigerin qərbində törədilən terror aktında 20 əsgərin həyatını itirdiyi açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Niger Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə , Burkina Faso sərhədi yaxınlığındakı Tillaberi bölgəsindəki Tassia kəndində yerləşən hərbi hissə naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Hücumda həyatını itirən hərbçilər üçün 3 günlük milli matəm elan edilib, bayraqlar yarıya qədər endirilib.