EN

Hindistan səfirliyi 10-cu Beynəlxalq Yoqa Gününü QEYD ETDİ – FOTOLAR

İyunun 21-də Hindistan səfirliyi 10-cu Beynəlxalq Yoqa Gününü qeyd edib.

İnterpress.az xəbər verir ki, səfir Sridharan Madhusudhanan öz çıxışında yoqanın hərtərəfli faydalarını vurğulayıb. Builki yoqa tədbirinin şüarı belə olub: Yoqa birimiz üçün, yoqa hamımız üçün.

Yoqa təlimatçıları cənab Kənan Məmmədov və cənab Elçin Quliyev keçirtdikləri seanslarda iştirakçılara müxtəlif duruşlar və nəfəs məşqləri ilə rəhbərlik ediblər.

Tədbirdə həmçinin Səidə xanım Əliyevanın hind klassik rəqsi nümayiş etdirilib. Tədbirin 200-dən çox iştirakçısı arasında xüsusi qonaq Milli Məclisin deputatı, Azərbaycan-Hindistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri cənab Naqif Həmzəyev, o cümlədən Hindistanın nüfuzlu şəxsləri, dostları və səfirlik rəsmiləri də iştirak edib.

Xatırladaq ki, iyunun əvvəlində səfirlik Bakının bəzi əhəmiyyətli görməli yerlərində tədbirlər keçirib. İyunun 5-də “Atəşgah” məbədindəki açılış tədbirindən sonra Şirvanşahlar sarayında və Yanardağ məbədində yoqanın qədim adət-ənənələri ilə müasir rifahın sintezini nümayiş etdirən silsilə tədbirlər təşkil olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
1
interpress.az

2Sources