EN

Şoyqu və Gerasimovun həbs orderlərinə Kremldən REAKSİYA

Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Sergey Şoyqu və Valeri Gerasimov haqqında həbs orderlərini tanımır.

NOCOMMENT.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinin Şoyqu və Gerasimov haqqında həbs orderi çıxarması haqqında qərarını absurd hesab etdiyini söyləyib.

Peskov Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun Baş katibi postuna seçilməsinə də münasibət bildirib. O alyansın Rusiyaya qarşı düşmənçilik xəttini dəyişəcəyini gözləmədiklərini açıqlayıb.

“Çətin ki, bu seçim NATO-nun və Atlantik Alyansının üzvlərinin ümumi xəttində nəyisə dəyişsin. Alyans, Rusiya Federasiyasının strateji sıxışdırılması məqsədi güdür. Hazırda bu, bizim üçün düşmən ittifaqıdır”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources