Ermənistanda KTMT ilə münasibətlərin soyuması fonunda NATO-ya daxil olmaq məsələsi müzakirə olunmur və parlament də onun təşkilatdan çıxması məsələsini qaldırmır.
Medianews.az axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasının üzvü Aleksey Sandıkov deyib.
“Məlum səbəblərdən Ermənistan KTMT-dəki iştirakını dondurub, lakin hələlik qurumdan çıxmaqdan söhbət gedə bilməz”, – o bildirib.