EN

Armen Qriqoryan: “Bir ay ərzində Azərbaycanla...”

“Ermənistan mümkün qədər tez sülh müqaviləsi imzalamağa hazırdır. Biz bu yaxınlarda təklif etdik ki, bir ay ərzində imzalansın”. 

“Cebhe.info” xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Sərhəd dirəklərinin quraşdırılmasından sonra Tavuşun daha təhlükəsiz olub-olmaması ilə bağlı suala o, belə cavab verib:

“Tavuşda sərhədin demarkasiyası prosesi, bizim qiymətləndirməmizə görə, daha çox sabitlik gətirir, lakin tam sabitlik üçün təbii ki, sülh müqaviləsi lazımdır. Sülh olmalıdır ki, gərginliyin olmayacağına tam əmin olaq. Bunlar əsas təminatlardır”.

Qriqoryan bildirib ki, hazırda Tavuşda 4 ərazidə demarkasiya aparılıb, bəlkə başqa yerlərdə də davam etdiriləcək:

“Yəni fraqmentdir, bütün sərhədi birdən-birə demarkasiya etmək mümkün deyil. Əsas 1976-cı ilin xəritəsidir”. 

Növbəti mərhələdə Cermukda demarkasiyanın həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı suala Qriqoryan bildirib ki, bununla bağlı hələlik razılıq yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
50
cebheinfo.az

10Sources