EN

Avropa çempionatı tarixində hələ belə qrup olmamışdı

Avro-2024-də C qrupu turnirin tarixinə düşüb.

Publika.az xəbər verir ki, İngiltərə, Sloveniya, Danimarka və Serbiya millilərinin yer aldığı kvartetdə heç-heçələrin sayına görə antirekord qeydə alınıb. Bu milli komandalar 6 oyunda 5 dəfə “sülh”ə razılaşıblar ki, bu da yüksək göstəricidir. Bu barədə “Opta Sports” məlumat yayıb.

Xatırladaq ki, Avro-2024-ün qrup mərhələsinin yekununda İngiltərə yığması 5 xal toplayaraq birinci yeri tutub. Danimarka 3 xal qazanaraq ikinci olub. Eyni miqdarda xalı olan Sloveniya isə üçüncü sırada qərarlaşıb. Serbiya yığması 2 xalla qrupun autsayderi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
publika.az

1Sources