EN

"Onlar Azərbaycan əleyhinə fəaliyyət göstərə bilərdilər" — AÇIQLAMA

İkisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, ölkə ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər.

Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Maraqlıdır, bəs  əvvəllər bu proses necə tənzimlənirdi?

Məsələylə bağlı deputat Musa Urud Demokrat.az-a danışıb.



“Ailə Məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycanda qanunsuz olan əcnəbilər və vətəndaş olmayan şəxslərlə Azərbaycan vətəndaşlarının nikah bağlaması qadağan olunur. Burada məqsəd ondan ibarətdir ki, Azərbaycanda qeyri-qanuni qalma müddətini uzadır və çox zaman “yalançı” nikahlar bağlayırlar. Bu səbəbdən də Azərbaycanda qalmağa icazəsi olmayan şəxslər bu məsələni rəsmiləşdirə bilirlər. Onların Azərbaycana hansı şərtlər daxilində gəlməsi və o şərtlər bitibsə, geriyə qayıtmalı idilərsə, onlar saxta nikahlar vasitəsilə ölkədə qalırdılar. Həmin şəxslərin hansı fəaliyyətlə məşğul olduğu da tənzimlənə bilmirdi. Bəlkə də onlar Azərbaycan əleyhinə fəaliyyət göstərə bilərdilər və ya qanunsuz fəaliyyətləri ilə ölkəmizin dövlət maraqlarına zərər vura bilərdilər. Azərbaycan da qanuni gəlib yaşayan, işləyən insanlarla nikah bağlamağa dair heç bir qadağa yoxdur. Əvvəllər bu məsələ tənzimlənmirdi. Qanun da boşluq vardı və qanun da qadağa yoxdursa, ona icazə var və məhdudiyyət yoxdur. Araşdırmalar nəticəsində deyə bilərik ki, ölkəmizdə qeyri-qanuni fəaliyyət göstərən insanların nəzarətdən kənarda nə edəcəyini də biz bilmirdik. Qanun bunların qarşısını almaq üçün qəbul olundu. Lakin qanun Azərbaycan vətəndaşlarının nikaha girməsini məhdudlaşdırmır. Onu da qeyd edim ki, əvvəllər bağlanan nikahlar qüvvədən düşməyəcək”.

Aytac Fuad
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
demokrat.az

1Sources