EN

BCM-dən Şoyqu və Gerasimova həbs qərarı: Bu siyasi mesaj daşıyır -ŞƏRH

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi general Valeri Gerasimovun həbsi ilə bağlı order verib.

Məhkəmə keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi general Valeri Gerasimovu hərbi cinayətlərdə, insanlığa qarşı cinayətdə və qeyri-insani hərəkətlərdə ittiham edir.

Məhkəmənin bəyanatında deyilir ki, hakimlərdə bu şəxslərin “Rusiya silahlı qüvvələri tərəfindən 2022-ci il oktyabrın 10-dan 9 mart 2023-cü ilə qədər Ukraynanın elektrik infrastrukturuna qarşı həyata keçirdiyi raket zərbələrinə” görə məsuliyyət daşımaları ilə bağlı ciddi əsaslar var.

"Bu müddət ərzində Rusiya silahlı qüvvələri tərəfindən Ukraynanın müxtəlif yerlərində çoxsaylı elektrik stansiyaları və yarımstansiyalarına zərbələr endirilib", - Məhkəmə bildirib.

Qərarı “Sherg.az”a dəyərləndirən politoloq Sultan Zahidov bildirib ki, sözügedən məsələ həmin şəxslərin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv olduğu ölkələrdə həps olunması deməkdir: 

“BCM-nin icra proseduruna görə öz polis qüvvələri yoxdur. Yalnız üzv olduğu ölkələrin polis qüvvələri vasitəsilə həps oluna bilərlər. BCM-ə dünyanın bir qrup ölkələri üzv olsa da, bu günə qədər həmin qruma daxil olmayan dövlətlərin sayı kifayət qədərdir. Məsələn, Rusiya BCM-nin üzvü deyil. Üzv olan ölkələr, əsasən, Kanada, Avropa ölkələrinin əksəriyyəti, Avstraliya və Latın Amerikası ölkələridir. Yəni Sergey Şoyqu və Valeri Gerasimov həmin ölkələrə gedərsə, orada həps oluna bilərlər. Digər tərəfdən bu mexanizmin ciddi nəticə verəcəyini düşünmürəm. Bəhs olunan şəxslər qruma üzv olan ölkələrə səfər edəsi deyillər. BCM ötən ilin martında da Rusiya Prezidenti Vladimir Putin barədə də həps qərarı qəbul etmişdi. Putin isə sözügedən üzv ölkələrə səfər həyata keçirmədi və nəticə etibarilə həps olunmadı. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu barədə də oxşar qərar verilib, amma hələ də azadlıqdadır. Bu kimi qərarlar daha çox siyasi mesaj daşıyır. Yəni onların icra proseduru praktikada çox vaxt özünü doğrultmur”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
sherg.az

1Sources