EN

Yeni təkliflər paketi: “Tərəflər bir-birinə şərt qoya bilər”

Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.

Bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Onun sözlərinə görə, söhbət sülh sazişinin 10-cu redaktəsindən gedir. 

Maraqlıdır, bu təklifə hansı detallar daxil ola bilər? 

Politoloq Samir Hümbətov "Cebhe.info"-ya açıqlamasında bildirib ki,heç bir tərəf danışıqların gedişinə xələl gəlməsin deyə tam olaraq detalları açıqlamır: 

"Hələlik sülh danışıqları ilə bağlı qəti mətn yayınlanmayıb. Amma ümumi olaraq, Azərbaycanın baza prinsipi var, onlar üzərindən təkliflər gedib. Bunu ərazilərin qarşılıqlı şəkildə tanıması, Ermənistanın ərazi iddialarından əl çəkməsi, aqressiyadan çəkinməsi, sərhədlərin delimitasiya və demarkasiya prosesi, diplomatik münasibətlərin qurulması kimi məsələlər üzərindən dəyərləndirmək olar.

İndiki məqamda heç bir tərəf danışıqların gedişinə xələl gəlməsin deyə tam olaraq detalları açıqlamır. Bütün detallar razılaşdıqdan sonra qərar verilə bilər. Hansısa müddəalar dəyişəcəksə, o sülh müqaviləsində özünü tapmayacaqsa, onu səsləndirməyin mənası yoxdur. Bu qeyd etdiyim məsələləri tərəflər bir-birinə şərt kimi qoya bilər, digər detalları isə açıqlamazlar". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
cebheinfo.az

1Sources