EN

Marixuanadan fərdi istifadə qanuni olacaq 

Braziliyanın Ali Məhkəməsi marixuananın fərdi istifadəsini Cinayət Məcəlləsindən çıxarmaq qərarına gəlib.

"Cebhe.info" xəbər verir ki, Braziliya Ali Məhkəməsində “fərdi marixuananın istifadəsini qanuniləşdirmək” qərarı səs çoxluğu ilə qəbul edilib. Senat sədri Rodriqo Paçeko mətbuata verdiyi açıqlamada Ali Məhkəmənin bu mövzuda qərar verməsinin uyğun olmadığını bildirib.

Braziliyalı siyasətçi Çiko Alenkar "X" sosial media platformasında bu qərara "xalq sağlamlığına təsir edəcək bir vəziyyət olduğu üçün" reaksiyasını verib. Qeyd edək ki, aprel ayında Braziliya Senatı istənilən miqdarda qeyri-qanuni maddələrin daşınmasını qadağan edən konstitusiya dəyişikliyini təsdiqləmişdi.

Dəyişiklik iyunun 12-də konstitusiya komitəsi tərəfindən təsdiqlənmişdi, lakin Braziliya qanunlarına görə, bu düzəlişin səsverməyə çıxarılması üçün başqa komitənin təsdiqi tələb olunur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
cebheinfo.az

1Sources