EN

“Bütün siyasi məhbusların zəngi dinlənilir”

Yayımlandı: 26 İyun 2024 13:45 Nigar Həzi həbsdə olan atası Tofiq Yaqublu ilə danışır. Amma bu telefon zənglərini dinləyən üçüncü şəxs də var. Həbsdə olan jurnalist Sevinc Vaqifqızının anasıyla danışarkən zənginin kəsilməsi telefon danışıqların dinləndiyini gündəmə gətirib. Jurnalist zəngdə 1 saylı İstintaq Təcridxanasında qadın məhbusların zorakılığa məruz qalmasının ictimailəşdirilməsini istəyirdi. Ancaq o sözünü bitirməmiş əlaqə kəsildi. 4 dəfə həbs yaşamış müxalifətçi Tofiq Yaqublunun qızı Nigar da dəfələrlə bu təcrübəni yaşadığını deyir. O, atasıyla danışarkən şifrəli sözlərdən istifadə etməyə çalışır. Hüquqşünas Xalid Ağəliyev deyir ki, milli qanunvericilikdə konfidensiallıq xüsusi önəm daşıyır. Telefon danışıqlarının dinlənilməsi və digər formada izlənilməsi şəxsi həyatın və yazışmaların toxunulmazlığına ciddi müdaxilə təşkil edir. Xalid Ağəliyevin fikrincə, bu məsələ ilə bağlı aydın və ətraflı normaların olması vacibdir. Xüsusən ona görə ki, istifadədə olan texnologiyalar getdikcə daha da təkmilləşir. Hüquqşünas deyir ki, həbsdə olan şəxslərin telefonla danışıqları, yazışmaları izlənilə, dinlənilə, senzuraya məruz qala bilər. Ancaq bu, mütləq əsaslandırılmış qərar əsasında edilməlidir. Qərar yoxdursa, əsaslandırılmayıbsa, bu, şəxsi həyata müdaxilədir. İstintaq bitdiyindən Tofiq Yaqublu həbs olunarkən evindən götürülən elektronik avadanlıqlar geri qaytarılıb. Nigar Həzi deyir ki, atasının sosial media hesablarına da müdaxilə olunub.Bu sübutların saxtalaşdırılmasına, onun effektiv müdafiə vasitələrinə çıxış imkanını əngəlləməsinə gətirib çıxarıb. Jurnalist Sevinc Vaqifqızı və Milli Şuranın üzvü, müsavatçı Tofiq Yaqublu beynəlxalq təşkilatların siyasi məhbus hesab etdikləri şəxslərdir. Siyasi məhbuslar üçün Avropa İnsan Haqları Konvensiyasının şəxsi həyatın toxunulmazlığı ilə bağlı 8-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir. Həbsxanada belə onların ünsiyyəti və şəxsi həyatı özbaşına və əsassız müdaxilədən qorunmalıdır. Bu hüquqi çərçivə fərdləri hakimiyyətdən sui-istifadədən qorumaq məqsədi daşıyır və həbsdə olanlar üçün də insan ləyaqətinin və əsas azadlıqların qorunmasının vacibliyini vurğulayır. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
xural.com

1Sources