EN

"Ordu Netanyahuya qarşı çevriliş edəcək" - Netanyahunun həyat yoldaşından qəribə iddia

İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu HƏMAS əsirliyində olan bir qrupu şəxsin ailələri ilə görüş əsnasında maraqlı fikirlər səsləndirib.

"AzPolitika" xəbər verir ki, İsrail mətbuatının yazdığına görə, Sara Netanyahu ordunun həyat yoldaşına qarşı çevriliş etməyə çalışdığını iddia edib.

Xəbərdə bildirilir ki, S. Netanyahunun İsrail ordusi ilə bağlı ittihamlarını narazılıqla qarşılayan ailələr onun sözünü kəsərək əsirlikdə olan yaxınlarının taleyinin ordudan asılı olduğunu bildiriblər. Buna cavab olaraq Sara Netanyahu etimadsızlığının bütün orduya aid olmadığını, ittihamlarının yalnız ordunun yuxarı təbəqələrinə yönəldiyini bildirib.

Xəbərdə həmçinin Sara Netanyahunun ailələrlə görüşündə çoxlu ordu rəsmilərinin də olduğu qeyd edilib.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources