Bakı. Trend:
Təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində Rusiya iləmünasibətlərdə gələcək vəziyyət Moskvanın mövqeyindən asılıdır.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədəErmənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanjurnalistlərə açıqlamasında deyib.
O, Ermənistana silah və hərbi texnikanın tədarük strukturundaRusiyanın payının 96%-dən 10% azaldığını bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, bu,Rusiyanın qərarı ilə baş verib:
"Məhz Rusiya silah və sursat tədarük etməmək qərarına gəlib,onlar hələ də müqavilələr üzrə nəzərdə tutulanları tamçatdırmayıblar. Onlar Ermənistanın başqa ölkələrdən silahalmasından şikayətlənirlər, ancaq 2021-2022-ci illər üçünmüqavilələr üzrə tədarükləri davam etdirmirlər".
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyanın buna səbəbkimi Ukraynadakı hərbi əməliyyatları göstərdiyini əlavə edib.