EN

Zəngəzur dəhlizi Azərbaycan üçün niyə həyati əhəmiyyət kəsb edir? – Koffin

İranla münasibətlər kontekstində Ermənistan ərazisi vasitəsilə Naxçıvanla quru əlaqənin yaradılması Azərbaycan üçün vacibdir, çünki Azərbaycan İrandan asılılığı minimuma endirmək istəyir.

Ölkə.Az xəbər verir ki, bunu Hudson İnstitutunun baş elmi işçisi Luke Koffin ABŞ-nin Atlantika Şurasında keçirilən “Ermənistan və Azərbaycan sülh astanasındadırmı?” mövzusunda keçirilən disskusiya zamanı deyib.

“Mən şübhə etmirəm ki, Bakı Tehranla isti münasibətlər qurmaq istəyir, lakin Naxçıvana gəldikdə onlar İrandan asılı olmaq istəmirlər”, – Luke Koffin bildirib.

Onun sözlərinə görə, Azərbaycanla İranın münasibətlərində onların tarixi, geosiyasi problemləri mövcuddur. “Məsələn, birinci Dağlıq Qarabağ müharibəsi zamanı İranın Ermənistana silah verməsi və ya İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın Ermənistanı silahla təmin etmək üçün İran ərazisindən istifadə etməsi kimi məsələlər var”, – o qeyd edib.

O eyni zamanda əlavə edib ki, Bakı Naxçıvanın əsas ehtiyaclarını təmin etməkdə İrandan asılıdır. “Bu problemi həll etmək üçün Azərbaycan hazırda Türkiyə ilə qaz kəmərinin tikintisi üzərində işləyir ki, bu qaz Türkiyədən Naxçıvana çatdırılsın”, – o qeyd edib.

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
2
tempinfo.az

3Sources