EN

Mark Rutte NATO-nun yeni Baş katibi seçilib

Bu gün Şimali Atlantika Şurası Niderland Baş naziri Mark Rutteni Yens Stoltenberqin yerinə NATO-nun növbəti Baş katibi təyin etmək qərarı verib.

Aznews.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

"Cənab Rutte 2024-cü il oktyabrın 1-dən, cənab Stoltenberqin Alyansın rəhbərliyində on illik səlahiyyət müddəti başa çatdıqdan sonra Baş katib kimi öz səlahiyyətlərini icra etməyə başlayacaq", - məlumatda deyilir.

Ruttenin bu vəzifəyə yeganə rəqibi olan Rumıniya prezidenti Klaus İohannis keçən həftə namizədliyini geri götürdüyünü elan etdikdən sonra onun təyinatı rəsmiləşib.

Chosen
112
4
aznews.az

10Sources